VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

 

Xəstəxana həftənin hər günü 24 saat boyunca fəaliyyət göstərir. Bu müddət ərzində xəstələrin qəbulu, davamlı tibbi xidmətlə təmini və mühafizəsi təşkil olunur. 

Vətəndaşların qəbulu isə həftənin 5 günü saat 10:00-14:30 aralığında canlı növbə əsasında baş verir. Stasionar müalicədə olan xəstələr, şəhid ailələri (I dərəcəli ailə üzvləri nəzərdə tutulur) və qazilər üçün vətəndaş qəbulu növbəsizdir. Həkim Psixiatrik Komissiyalar zamanı vətəndaşı qəbulu müvəqqəti olaraq dayandırılır. HPK boyunca otağa giriş, komissiya fəaliyyətinin dayandırılması qadağandır.

Xəstələrlə görüş yalnız müalicə həkimin icazəsi ilə həftənin I-VI günləri və saat 11:00-18:00 aralığında mümkündür. Görüş müddətində görüş qaydalarına riayət etmək mütləqdir. Görüş qaydaları aşağıda qeyd olunmuşdur:

  • Görüş günləri həftənin I, II, III, IV, V və VI günləridir. Bazar günü görüş günü deyil.
  • Görüş pasiyentin müalicə həkimi və ya şöbə müdirinin icazəsi ilə olur. Müalicə həkiminin/ şöbə müdirinin razılığı olmadan pasiyentlə görüşə icazə verilmir!
  • Görüş müddəti ən çox 30 dəqiqə nəzərdə tutulur.
  • Görüş saatları 11:00-18:00 aralığındadır. Kənar saatlarda görüşə icazə verilmir.
  • Stasionar şöbədə müalicə alan pasiyentlərlə görüşə spirtli, rəngli/qazlı içkilərin buraxılması qəti qadağandır!
  • Stasionar şöbədə müalicə alan pasiyentlərlə görüşə kəsici, deşici alətlərin buraxılması qəti qadağandır!
  • Stasionar şöbədə müalicə alan pasiyentlərlə görüşə mobil telefonların buraxılması qəti qadağandır!
  • Pasiyentlərlə görüş müddəti boyunca şöbənin müvafiq əməkdaşı görüşə nəzarət edəcək!
  • Pasiyentlərlə görüş müddəti boyunca pasiyentə əlavə siqaret/tütün məhsulu vermək qəti qadağandır!
  • Stasionar şöbədə müalicə alan pasiyentlərlə görüşə dərman/narkotik vasitələrin buraxılması qəti qadağandır.
  • Görüs qaydalarına riayət edilmədikdə və ya pozulduqda şöbənin müvafiq əməkdaşı görüşü dayandıra bilər!