Aşağıda göstərilən nəşrləri əldə etmək üçün +994 50 459 18 61 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

"İntihar" psixiatrik dəstək kitabçası
İntiharın qarşısını almaq təkcə bir insanın həyatını xilas etmək deyil. Bu, onun ailəsini, dostlarını, yaxınlarını da qurtarmaq deməkdir. Hər intihar hadisəsi təkcə fərdin sonu deyil, bir çox insan üçün dərin və sağalmaz izlər buraxan bir hadisədir. Buna görə də biz — psixi sağlamlıq mütəxəssisləri — intiharın qarşısının alınmasında biliklərimizi gücləndirməli, daha diqqətli və həssas yanaşmalıyıq. Bu kitabçanı hazırlamaqda məqsədimiz də məhz budur. Burada psixiatrlar üçün intiharla bağlı fundamental anlayışları, risk faktorlarını, qiymətləndirmə metodlarını və müdaxilə strategiyalarını praktik və yığcam şəkildə təqdim edirik. İntihar riski olan pasiyentlərlə işləmək çox vaxt böyük məsuliyyət tələb edir və çətin qərarlar verməyə məcbur oluruq. Bu material, həmkarlarımıza həmin qərarları daha etibarlı və elmi əsaslarla verməyə kömək edəcək bir bələdçi rolunu oynayacaq.