Ümumi məlumat
Lənkəran Şəhər Psixiatriya Xəstəxanası 1977-ci ildən fəaliyyət göstərir və xəstəxananın ilk baş həkimi Hüseynov Mirismayıl təyin edilib. Həmin tarixdən etibarən xəstəxananın həm tibbi, həm də inzibati işlər üzrə rəhbərlik funksiyasını baş həkim icra edir. 1981-ci ildən Quliyev Əlövsət Əhməd oğlu, 1990-cı ildən isə Əliyev Fərahim Xanqulu oğlu Lənkəran Psixiatriya xəstəxanasına rəhbərlik edib. 1997-2005-ci illərdə Məmmədov Maqsud Əliağa oğlu, 2005-2009-cu illərdə Şəliyev Güləli Mehrəli oğlu, 2009-2023-cü illərdə isə Tağıyev Fuad İsmayıl oğlu baş həkim funksiyasını icra edib. 2020-ci ildə Lənkəran Şəhər Psixiatriya Xəstəxanası Lənkəran Rayonu Mərkəzi Xəstəxanasının nəzdindən ayrılaraq Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyətini davam etdirib. 2023-cü il 23 may tarixindən Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə Hüseynzadə Ramil Mahmud oğlu təyin edilmişdir.
Hal-hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının geniş və peşəkar idarə heyəti var. İdarə heyətinə baş həkim, şöbə müdirləri, təsərrüfat işləri üzrə müavin, kadrlar şöbəsinin müdiri və baş tibb qardaşı daxildir.
Baş həkim
Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının baş həkimi xəstəxananın həm tibbi, həm də inzibati işlərinə rəhbərlik edir, xəstəxana nəzdindəki şöbələrin fəaliyyətinə nəzarət edir, əhaliyə doğru, operativ və effektiv psixiatrik dəstəyin göstərilməsinin təşkilini tənzimləyir. Hal-hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsini Hüseynzadə Ramil Mahmud oğlu icra edir.
Şöbə müdirləri
Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qəbul şöbəsi, kişi pasiyentlər üçün nəzərdə tutulan ümumi psixiatriya-1 və qadın pasiyentlər üçün nəzərdə tutulan ümumi psixiatriya-2 şöbəsi fəaliyyət göstərir. Şöbə müdirinin vəzifə səlahiyyətlərinə şöbə fəaliyyətinin düzgün təşkili, uyğun tibb xidmətlərin təmin edilməsinə nəzarət, şöbə personalının fəaliyyətinin tənzimi və effektiv iş mühitinin qurulması aiddir.
Hal-hazırda ümumi psixiatriya-2 şöbəsinə Salahov Emin Arif oğlu rəhbərlik edir. Salahov Emin Arif oğlu 2019-cu ildən bu vəzifəni yerinə yetirir, şöbə pasiyentlərinə həm uyğun tibbi xidmətin, həm də sosial dəstəyin göstərilməsinə, habelə şöbə əməkdaşlarının fəaliyyətini tənzim edir.
Kadrlar şöbəsi
Kadrlar şöbəsi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının personalının işə götürülməsini, iş zamanı vəzifə, hüquq və öhdəlikləri ilə bağlı məlumatlandırılmasını, onların iş müntəzəmliyinə, habelə vəzifə borclarını düzgün şəkildə icra etməsinə nəzarəti, cəza və mükafatların təmin edilməsini, uyğun iş muhitinin qurulmasını, məzuniyyət və işdən ayrılmaları tənzim edir. Hal-hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında kadrlar şöbəsinə Mahmudzadə Həqiqət Mehman qızı rəhbərlik edir.
Təsərrüfat işləri üzrə müavin
Təsərrüfat işləri üzrə müavin Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının qeyri-tibbi təminatı, sifarişi, düzgün istifadə və utilizasiyasına nəzarət edir. Eyni zamanda xəstəxana inventarları ilə bağlı nəzarət, təmir və utilizasiya işlərinə dəstək göstərir. Hal-hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında təsərrüfat işləri üzrə müavin vəzifəsini Bayramov Bayram Aydın oğlu icra edir.
Baş tibb qardaşı
Baş tibb qardaşı Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında tibb qardaşları, tibb bacıları və kiçik tibb işçilərinin fəaliyyətinə nəzarət edir, onların iş qrafikinin qurulması, yetişdirilməsi, doğru tibbi xidmətin göstərilməsini təşkil edir, şöbələrin tibbi ehtiyaclarını tənzimləyir. Eyni zamanda ambulator tibbi xidmət zamanı pasiyentlərə uyğun və effektiv tibbi xidmətin göstərilməsinə dəstək olur. Hal-hazırda Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında baş tibb qardaşı vəzifəsini Məhərrəmov Elmayıl Ağadadaş oğlu icra edir.
Nizam-intizam komissiyası
Nizam-intizam komissiyası ilk dəfə 28 noyabr 2023-cü ildə baş həkim Ramil Hüseynzadənin əmri ilə yaradılıb, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının fəaliyyətini daha geniş, dəqiq və obyektiv tənzimlənməsini təmin edir. Xəstəxana fəaliyyəti ilə bağlı təklif, irad və şikayətlər Qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirilir və uyğun tədbirlər görülür. Qiymətləndirmə komissiyasının üzvləri aşağıdakılardır:
Sədr:
Dr. Ramil Hüseynzadə
üzvlər:
Dr. Emin Salahov
Həqiqət Mahmudzadə
Bayram Bayramov
Elmayıl Məhərrəmov
Şamxal Əhmədzadə
Hidayət Paşayev
Azər Məmmədov